Ordubad Rayon Əndəmic kənd tam orta məktəbində 20 Yanvar faciəsi anılıb.Tədbirdə 20 Yanvar faciəsinin qurbanları sükutla yad edilib.
Çıxış edən Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətin Ordubad Rayon Şöbəsinin rəisi polkovnik-leytenant Vüqar Rəhimli,. Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq Mühafizə Orqanları Veteranları Şurasının sədri,Fərrux Nağızadə və məktəbin direktoru Əyyar Səfərov. vurğulayıb ki, Azərbaycan xalqının müstəqillik, demokratiya və azadlıq uğrunda mübarizə tarixinə sınaq anları kimi əbədi daxil olmuş 20 Yanvar faciəsi xalqımızın qan yaddaşına qəhrəmanlıq səhifəsi kimi də həkk olunub. 20 yanvar faciəsi haqqında şagirdlərə ətraflı məlumat verilərkən qeyd olunub ki,illər, əsrlər ötsə də vətənimizin müstəqilliyi, suverenliyi, azadlığı uğrunda canını qurban vermiş şəhidlərimiz əbədi olaraq Azərbaycan tarixinə və xalqımızın yaddaşına həkk olunacaq.
Daha sonra məktəblilər faciə ilə bağlı ədəbi-bədii kompozisiya təqdim ediblər.