Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Naxçıvan Muxtar Respublikasında vətəndaşları qəbul edəcək

12 sentyabr 2023-cü il tarixdə saat 10:00-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi Mürsəl İbrahimov Naxçıvan Muxtar Respublikasında vətəndaşları qəbul edəcək. 

Qəbul Naxçıvan şəhərində SHXÇDX-nin Naxçıvan MR üzrə baş idarəsinin inzibati binasında baş tutacaq.

Naxçıvan şəhəri, Şərur, Babək, Ordubad, Culfa, Kəngərli, Şahbuz və Sədərək rayonlarından qəbula yazılmaq istəyən vətəndaşlar 5 sentyabr 2023-cü il tarixədək SHXÇDX-nin adları qeyd olunan rayon və şəhər baş idarə, idarə, şöbə və bölmələrinə müraciət edərək qeydiyyatdan keçə bilərlər.