Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Babək Rayon İdarəsinin kollektivi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları münasibətilə şəhid ailələrinə baş çəkib,onları təbrik ediblər.
Görüşlər zamanı bildirilib ki, torpaqlarımızın hər bir qarışının işğaldan azad edilməsi üçün canından, qanından keçən şəhidlərimizlə, qazilərimizlə, Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti ilə fəxr edir, qürur duyuruq. Dövlətimiz də, xalqımız da şəhidlərin ruhuna ehtiram göstərir, onların yadigarı olan ailələrinə xüsusi hörmət və diqqətlə yanaşır.
Şəhid ailələri üzərlərində olan qayğını hər zaman hiss etdiklərini və buna görə minnətdar olduqlarını bildiriblər.