İcra Hakimiyyətlərinin binasında bu münasibətlə keçirilən tədbirlərdə əvvəlcə şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər 44 günlük Vətən müharibəsində düşməni məğlub edən igid Azərbaycan oğullarının göstərdiyi qəhrəmanlıq və şücaətdən söhbət açıb, diqqətə çatdırıblar ki, Vətən torpaqlarının bütövlüyü uğrunda canından keçmiş vətən övladlarının, şəhidlərin ailələrinə, qazilərə, həmçinin, müharibə iştirakçılarına dövlətimiz və xalqımız tərəfindən diqqət və qayğı daimi olacaq. Onların xidmətləri heç zaman unudulmayacaq.
Daha sonra ordenlər təqdim olunub.
Babək rayonunda 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuş şəhid Novruzlu Ümid Bahadur oğlunun, şəhid Ramazanov Rasim İsmayıl oğlunun, şəhid Hümbətov İmaməddin Muxtar oğlunun və şəhid Teymurov Elvin Mustafa oğlunun orden və vəsiqələri ailə üzvlərinə təqdim olunub.
Sədərək Rayonunda 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuş şəhid Gözəlov Rüfət Əzim oğlunun və şəhid Abdullazadə Tağı İlham oğlunun orden və vəsiqələri ailə üzvlərinə təqdim olunub.
Kəngərli rayonunda şəhid Qasımov Həmid Oruc oğlunun, şəhid İsgəndərov Niyaməddin Qulu oğlunun, Mirzəyev Aslan Maqsud oğlunun və şəhid Yüzbaşyev İsmayıl Fəzayıl oğlunun orden və vəsiqələri ailə üzvlərinə təqdim olunub.
Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və ehtirama görə minnətdarlıqlarını bildiriblər.