Bayram münasibətilə şəhid ailələri ziyarət olunub

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları münasibətilə Ordubad Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad Rayon Şöbəsinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin əməkdaşları tərəfindən rayon ərazisində yaşayan şəhid ailələri ziyarət edilib.

Ziyarətlər zamanı bildirilib ki, şəhidlərin xidməti heç nə ilə ödənməz.Onlar xalqımızın yaddaşında əbədi yaşayacaqlar. Eyni zamanda onların ailələrinin də ölkəmiz üçün hər zaman dəyərli olduğu vurğulanıb, bayramlar münasibəti ilə təbriklər çatdırılıb.

Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.