“Çağırışaqədərki hazırlıq” fənninin tədrisi mühüm əhəmiyyətə malikdir

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad  Rayon Şöbəsinin  və Ordubad Rayon Təhsil Şöbəsinin əməkdaşları Sabirkənd kənd tam orta məktəbində “Çağırışaqədərki hazırlıq” fənninin tədris prosesi ilə tanış olublar.  

 

Qeyd edək ki, “Çağırışaqədərki hazırlıq” fənninin əhəmiyyəti nəzərə alınaraq əməkdaşların dərslərdə iştirakının əsas məqsədi dərs prosesinin təşkilinin səmərəliliyini eyni zamanda hərbi kabinələrin vəziyyəti və şagirdlərin dərsə davamiyyətini yoxlamaqdan ibarət olub.