Çağırışçılar müddətli həqiqi hərbi xidmətə yola salınıb

Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci il fevralın 18-də imzaladığı “Azərbaycan Respublikası vətəndaşlarının 2022-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncama uyğun olaraq Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sədərək Rayon Şöbəsində müddətli həqiqi hərbi xidmətə göndərilən çağırışçıların yola  salınma mərasimi keçirilib. Əvvəlcə dövlət himni səsləndirilib. Daha sonra çıxış edən tədbir iştirakçıları xidmətə yola salınan çağırışçılara xoş arzularını çatdırıb, vətənin müdafiəsində mərdliklə dayanacaqlarına inamlarını ifadə ediblər.

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sədərək Rayon Şöbəsin rəisi mayor Nüsrət Vəliyev çağırışçılara xidmətləri zamanı  daima cəsur, igid olmağı, komandir və rəislərin tapşırıqlarını vaxtında və düzgün icra etməklərini tövsiyyə edib. Daha sonra çağırışçılar yola salınıb.

Xatırladaq ki, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə və şöbələri tərəfindən çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınması aprelin 30-dək davam edəcək.