Aprelin 26-da Culfa Rayon məktəbliləri arasında “Vətənin Müdafiəsinə Hazıram” poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi keçirilib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin Culfa rayon bölməsinin, Gənclər və İdman idarəsinin və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən idman oyunlarında məktəblilər poliatlon çoxnövçülük proqramına uyğun olaraq 100 və 2000 metr məsafəyə qaçış, qumbaraatma, turnikdə dartınma növləri üzrə mübarizə aparıblar.
Yarışın yekun nəticələrinə əsasən, Xoşkeşin kənd tam orta məktəbin komandası I, Xanəgah kənd tam orta məktəbin komandası ll, Saltaq kənd tam orta məktəbin komandası lll yerə layiq görülüblər.
Qalib komandalara təşkilatçılar tərəfindən kubok və diplomlar təqdim olunub.