Əlahiddə Ümümqşun Ordunun N saylı hərbi hissəsinin təlim şəhərciyində təşkil olunan praktiki məşğələdə Naxçıvan şəhər məktəblərindən 100 nəfər şagird təlim atışı həyata keçirib.
Təlimdən əvvəl Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinin, Naxçıvan Şəhər Təhsil Şöbəsinin nümayəndələri və Əlahiddə Ümümqoşun Ordunun zabitləri çıxış edərək birgə təşkilatçılıqla reallaşan praktiki məşğələnin əhəmiyyətindən danışıblar.
Hərbi hissənin zabitləri təlimin mahiyyəti və təhlükəsizlik qaydalarını şagirdlərə izah ediblər. Məşğələ zamanı şagirdlərə müxtəlif təlim nöqtələrində atıcı silahların taktiki-texniki xüsusiyyətləri, silahla davranış qaydaları və yaralanmalar zamanı ilk tibbi yardımın göstərilməsi öyrədilib.
Daha sonra məktəblilər ardıcıllıqla avtomatdan praktiki atışlar yerinə yetiriblər.
Yekunda atışlarda fərqlənən şagirdlər fəxri fərmanla təltif olunublar.