"Gənclərin Çağırışaqədərki Hazırlığı" fənnini tədris edən hərbi rəhbərlərə sıra baxışı keçirilib

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsində şəhər tam orta məktəblərində "Gənclərin Çağırışaqədərki Hazırlığı" fənnini tədris edən hərbi rəhbərlərə sıra baxışı keçirilib.

İdarənin zabiti baş leytenant Məhərrəm Əliyev nəzərə çatdırıb ki, sıra baxışında məqsəd hərbi rəhbərlərin hərbi geyim formalarının daşınması qaydalarına, müvafiq Nizamnamənin tələblərinə əsasən mövsümlərə uyğun olaraq tədbir və cəlb olunduqları təlim toplanışlarına düzgün əməl etməsidir. Sıra baxışından əlavə olaraq hərbi rəhbərlərlə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ümumqoşun Nizamnamələrindən ümumi hazırlıq haqqında söhbətlər aparılmış, "Gənclərin Çağırışaqədərki Hazırlığı" fənnini tədris edən hərbi rəhbərlərin sualları cavablandırılmış, müvafiq tapşırıq və tövsiyyələr verilmişdir.