Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şahbuz Rayon Şöbəsinin təşkilatçılığı ilə Şahbuz rayon, kənd, qəsəbə tam orta məktəblərində Gənclərin Çağırışaqədərki Hazırlığı fənnini tədris edən hərbi rəhbərlərə sıra baxışı keçirilmişdir. Şöbənin zabiti baş leytenant Səfər Hüseynov bildirmişdir ki, sıra baxışında məqsəd hərbi geyim formalarının daşınması qaydaları, müvafiq Nizamnamənin tələblərinə əsasən mövsümlərə uyğun olaraq tədbir və cəlb olunduqları təlim toplanışları qaydalarına düzgün əməl olunmasıdır. Əlavə olaraq Gənclərin Çağırışaqədərki Hazırlığı fənnini tədris edən hərbi rəhbərlərin sualları cavablandırılmış, ixtisaslarına uyğun söhbətlər aparılmış, müvafiq tövsiyyələr verilmişdir.