Dövlət gənclər siyasətinin ən mühüm istiqamətlərindən biri kimi ölkəmizdə gənc nəslin vətənpərvər ruhda tərbiyəsi diqqət mərkəzindədir. Ümumtəhsil məktəblərinin ən vacib vəzifələrindən biri də vətənpərvərlik hisslərinin tərbiyəsi və aşılanmasıdır. Bu istiqamətdə görülən işlərin davamı olaraq əvvəlcədən təsdiq olunmuş tədbirlər planına əsasən Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinin və Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşları gənclərin çağırışaqədərki hazırlıq fənninin tədrisi ilə əlaqədar Naxçıvan şəhər 2 və 9 nömrəli tam orta məktəblərdə sözügedən fənnin tədris prosesində iştirak ediblər.
Əməkdaşlar dərslərdə iştirak edərək dərs prosesinin təşkili ilə yaxından tanış olmuş, hərbi kabinələrin vəziyyəti və şagirdlərin dərsə davamiyyəti ilə maraqlanmışdır.
Sonda şagirdlərin sualları cavablandırılmış, məktəblərdə tədris olunan çağırışaqədərki hazırlıq fənninin şagirdlərə mənimsənilməsi, hərb işinin sevdirilməsi barədə tövsiyələr verimişdir.