Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsində gənclərin həqiqi hərbi xidmətə yola salınması mərasimi keçirilmişdir. Tədbirdə rayon idarə, müəssisə, və təşkilatların nümayəndələri, valideynlər iştirak etmişlər. Azərbaycan Respublikasınınn Dövlət Himni səsləndirildikdən sonra Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsinin rəisi polkovnik-leytenant Həsən Məmmədov tədbiri giriş sözü ilə açmış, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. İdarə rəisi çağırışçıları təbrik edib, şəhidlərimizin, qazilərimizin uğrunda canından, qanından keçdiyi torpaqların artıq onlara əmanət olduğunu vurğuluyaraq hər bir gəncə uğurlar arzulayıb.
Sonra Şərur Rayon İcra Hakimiyyətinin nümayəndəsi Xəyal Bağırov, Yeni Azərbaycan Partiyası Şərur rayon təşkilatının nümayəndəsi Adil Əhmədov, Şərur rayon müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə orqanları Veteranları Şurasının sədri Vidadi Süleymanov, Şərur rayon prokurorunun köməkçisi Elvin Qulusoylu, Vətən müharibəsi qazisi Əli Əlisoy, Şərur Rayon Təhsil Şöbəsinin əməkdaşı Arzuman Camalov, Şərur Rayon Gənclər və İdman İdarəsinin rəisi Sahil Hüseynov çıxış edərək hərbi xidmətə yola salınan gənclərə öz tövsiyələrini çatdırıb, gənclərə xidmətlərində uğurlar arzulayıblar.
Həqiqi hərbi xidmətə yola düşən İlham Muradov əminliklə verilən tapşırıqların öhdəsindən gələcəklərini bildirərərk işğaldan azad edilən torpaqları əzmlə qoruyacaqlarına söz vermişdir. Tədbir Azərbaycan Respublikası Dövlət Himninin oxunması ilə başa çatmışdır.