Hərbi rəhbərlərlə görüşlər davam edir

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad Rayon Şöbəsinin təşkilatçılığı ilə Ordubad rayon, kənd, qəsəbə tam orta məktəblərində Gənclərin Çağırışaqədərki Hazırlığı fənnini tədris edən hərbi rəhbərlərə sıra baxışı keçirilmişdir.

Şöbənin zabiti leytenant Saur Fərzəliyev bildirmişdir ki, sıra baxışında məqsəd hərbi geyim formalarının daşınması qaydaları, müvafiq Nizamnamənin tələblərinə əsasən mövsümlərə uyğun olaraq tədbir və cəlb olunduqları təlim toplanışlarına düzgün əməl olunmasıdır.

Əlavə olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ümumqoşun Nizamnamələrindən ümumi hazırlıq haqqında söhbətlər aparılmış, Gənclərin Çağırışaqədərki Hazırlığı fənnini tədris edən hərbi rəhbərlərin sualları cavablandırılmış, müvafiq tövsiyyələr verilmişdir.