Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsində əvvəlcədən təsdiq olunmuş tədbirlər planına əsasən Hərbi vəzifəlilərin əvvəlcədən toplanış məntəqəsinin şəxsi heyəti ilə praktiki məşğələ keçirilmişdir.
İlk öncə Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər idarəsinin rəisi polkovnik-leytenant Anar Aqilov çıxış edərək Azərbaycan Respublikasının Ordu quruculuğundan, ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı tarixi zəfərdən, Xidmətin səfərbərlik zamanı fəaliyyətindən bəhs edib.
Daha sonra Xidmətin Naxçıvan şəhər idarəsinin zabiti baş leytenant Elmar Məmmədli məşğələ iştirakçılarına - Hərbi vəzifəlilərin əvvəlcədən toplanış məntəqəsinin şəxsi heyətinə praktiki məşğələ barədə geniş məlumat verib.
Məşğələnin keçirilməsində məqsəd təlim və səfərbərlik zamanı ehtiyatda olan hərbi vəzifəlilərin vaxtında hərbi hissələrə təhvil verilməsinin təmin edilməsi, məşğələyə cəlb olunan şəxsi heyətin biliklərinin təkmilləşdirilməsi, qarşılıqlı fəaliyyətin təşkili və bu sahədə əməli vərdişlərin aşılanmasından ibarət olub.
Sonda məşğələ iştirakçılarının sualları cavablandırılıb, müvafiq tapşırıq və tövsiyələr verilib.