Heydər Əliyev Muzeyi ziyarət olunub

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü münasibətilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin Naxçıvan şəhər idarəsinin kollektivi bir qrup şagirdlə Heydər Əliyev Muzeyini ziyarət ediblər.

Ziyarət zamanı qonaqlara dahi rəhbərin adını daşıyan muzeyin yaradılması, dahi şəxsiyyətin dövlət idarəçiliyindəki misilsiz xidmətləri,  zəngin dövlətçilik və ictimai-siyasi fəaliyyəti barədə ətraflı məlumat verilib.

Sonda xatirə fotosu çəkilib.