Ordubad Rayon 3 nömrəli tam orta məktəbində 2008-ci il təvəllüdlü ilkin hərbi qeydiyyata alınmış yeniyetmələrə hərbi vəsiqələr təqdim olunub.
Qeyd edək ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə əsasən hər il yanvar-mart ayları ərzində həmin il 15 yaşı tamam olan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları yaşayış və ya olduğu yer üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və ya bölmələrində ilkin hərbi qeydiyyata alınırlar.
İlkin hərbi qeydiyyata alınmış vətəndaşlara ilkin hərbi qeydiyyata alma komissiyasının qərarı elan edilir, onların hüquq və vəzifələri, ilkin hərbi qeydiyyatın qaydaları, hərbi xidmətə hazırlığın keçilməsi qaydası izah olunur və ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə verilir.