İnşa yazı müsabiqəsinin qalibləri müəyyən olub

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad Rayon Şöbəsinin və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Ümummilli lider Heydər Əliyev dahi şəxsiyyətdir” mövzusunda Ordubad rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında inşa yazı müsabiqəsi keçirilmişdir.

17 məktəbdən 60 şagirdin iştirak etdiyi müsabiqədə Ordubad şəhər İnternat məktəbinin şagirdi Hacizadə Rəfiqə 1-ci yerə, Hüseynova Fatimə 2-ci yerə, Sabirkənd kənd tam orta məktəbin şagirdi Hacıyeva Afət 3-cü yerə layiq görülüb. Ordubad rayon 3 nömrəli tam orta məktəbin şagirdi Quliyeva Firuzə isə fərqlənməyə görə təltif olunub.