Ordubad Rayon ümumtəhsil məktəbliləri arasında 26 fevral Xocalı Soyqırımının 30-cu ildönümünə həsr olunan “Xocalı faciəsi şagirdlərin gözü ilə” mövsusunda keçirilən inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb. Müsabiqədə fərqlənən şagirdlərə diplomlar və hədiyyələr təqdim olunub.
Xatırladaq ki, müsabiqə Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad Rayon Şöbəsinin və Ordubad Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilmişdi. Müsabiqənin məqsədi Xocalı soyqırımını və erməni vəhşiliklərini unutdurmamaq, gələcək nəsillərə çatdırmaq idi.