Hərbi hissənin təlim şəhərciyində təşkil olunan tədbirdə Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəngərli Rayon Şöbəsinin və Kəngərli Rayon Təhsil Şöbəsinin nümayəndələri çıxış edərək praktiki məşğələnin təşkilinin mahiyyətindən danışıblar.
Daha sonra təhlükəsizlik qaydaları izah olunub.
Məşğələ zamanı müxtəlif təlim nöqtələrində atıcı silahların taktiki-texniki xüsusiyyətləri, əl qumbaralarının atışı və silahla davranış qaydaları şagirdlərə öyrədilib. 12 məktəbdən 60 şagirdin iştirak etdiyi yarışda məktəblilər avtomatdan praktiki atışlar yerinə yetiriblər.
Şagirdlər arasında fərqləndiklərinə görə Yurdçu kənd tam orta məktəbin şagirdi Rəmzi Əlisoy, Yeni Kərki kənd tam orta məktəbin şagirdi Roza Süleymanova və Qıvraq qəsəbə tam orta məktəbin şagirdi Anar Məmmədli diplomla təltif olunub.