Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü münasibətilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin Sədərək rayon bölməsinin və Sədərək rayon təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Sədərək rayon N saylı hərbi hissənin Təlim meydançasında çağırışaqədər yaş həddində olan vətəndaşların Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətə hazırlanması məqsədilə avtomat silahından praktiki atışlar yerinə yetirilib. 30 nəfər şagirdin cəlb olunduğu təlimdə fərqlənən şagirdlər fəxri fərmanlarla təltif olunublar.