Məktəblilər atış təlimində iştirak ediblər

Culfa rayon məktəbliləri Əlahiddə Ümümqoşun Ordunun N saylı hərbi hissəsinin təlim meydançasında atışlar yerinə yetiriblər.

Atış təlimi Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Culfa Rayon Şöbəsinin təşkilatçılığı ilə keçirilib.

Təlimdə rayon məktəblərindən 70 nəfər şagird iştirak edib. Atışlara başlamazdan əvvəl hərbi hissənin zabitləri təlimin mahiyyəti və təhlükəsizlik qaydalarını şagirdlərə izah ediblər.

Təlim zamanı şagirdlərə müxtəlif təlim nöqtələrində atıcı silahların taktiki-texniki xüsusiyyətləri və silahla davranış qaydaları öyrədilib.

Daha sonra məktəblilər avtomat silahından praktiki atışlar yerinə yetiriblər.