Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü münasibətilə atış təlimi keçirilib

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü münasibətilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin Ordubad rayon şöbəsinin təşkilatçılığı ilə Ordubad şəhər N saylı hərbi hissənin Təlim meydançasında çağırışaqədər yaş həddində olan vətəndaşların Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətə hazırlanması məqsədilə avtomat silahından praktiki atışlar yerinə yetirilib. Atış təliminə 27 nəfər şagird cəlb olunub. Fərqlənən şagirdlər fəxri fərmanlarla təltif olunublar.