Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsində tədbir keçirilib.
Çıxışlar zamanı bildirilib ki, son 20 il Azərbaycanın dövlətçilik tarixinə dinamik və hərtərəfli inkişaf dövrü kimi daxil olub. Ölkə həyatının bütün sahələrində böyük uğurlar, misilsiz və qürurverici qələbələr əldə edilib. Azərbaycanın zəngin iqtisadi, siyasi və hərbi potensialı yaradılıb. Sözügedən bütün bu nailiyyətlərin təməlində də Ulu Öndər Heydər Əliyevin başladığı və Prezident İlham Əliyevin inamla davam etdirdiyi uzaqgörən daxili və xarici siyasət dayanır. Çıxış edənlər Möhtərəm Prezident İlham Əliyevin liderlik keyfiyyətlərinin, siyasi məharətinin və yüksək idarəçilik qabiliyyətinin Azərbaycanı qarşıdakı illərdə daha böyük nailiyyətlərə aparacağına, dünyanın sayılıb-seçilən dövlətləri sırasında yerini daha da möhkəmləndirəcəyinə olan əminliklərini ifadə ediblər.
Daha sonra İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümünə həsr olunmuş videoçarx nümayiş etdirilib.