Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçuları təltif edildi

Prezident İlham Əliyev fevralın 14-də "Azərbaycan Respublikasının Səfərbərlik və  Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçuları və mülki işçilərinin təltif edilməsi haqqında" Sərəncam imzalayıb .

Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Xidməti vəzifələrini və qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçuları və mülki işçiləri təltif edilsinlər:

 “Hərbi xidmətlərə görə” medalı ilə

Şükürlü Lətif Canbağış oğlu – mayor

Vəliyev Nüsrət Musa oğlu – mayor

Niftəliyev Habil Cəfər oğlu – kapitan