Bu gün Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 11-ci ildönümüdür!
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin davam etdirdiyi ordu quruculuğu siyasəti uğurla həyata keçirilir. Ölkəmizdə ordu quruculuğu islahatlarının tərkib hissəsi olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fəaliyyətinin icrasına başladığı gündən etibarən istər idarəetmə mexanizminin təkmilləşdirilməsi, istər qanunvericilik, istərsə də çağırış və səfərbərlik resurslarını tənzimləyən mükəmməl mexanizmin yaradılması istiqamətində zəruri tədbirlər görüb. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılması ölkə rəhbərliyinin Naxçıvan Muxtar Respublikasına göstərdiyi diqqətin nümunəsidir. 20 fevral 2012-ci ildən fəaliyyətə başlayan Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti qarşısına qoyulan vəzifələrin öhdəsindən uğurla gəlir.