Muxtar respublikanın ictimai və yaradıcılıq sahəsində fərqlənən gənclərinin iştirakı ilə Naxçıvan Saray Kompleksində 2 Fevral – Gənclər Günü münasibətilə tədbir keçirilib. Keçirilən tədbirdə gənclərlə iş sahəsində fəal əməkdaşlığa görə Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə diplom təqdim olunub. Xidmətin baş zabiti Nurlan Məhərrəmov xidmət adından tədbirdə iştirak edərək diplomu qəbul edib.