Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq sərəncamının icrasına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad Rayon Şöbəsində çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınma mərasimi keçirilib.
Əvvəlcə dövlət himni səsləndirilib. Daha sonra çıxış edən Hərbi xidmətə yola salınan gənclərə yaxınlarının, doğmalarının inam və etimadını doğruldaraq xidmətlərini nümunəvi şəkildə başa vurmağı arzu ediblər.
Çağırışçılar adından çıxış edən İxtiyar Eminli də xidməti dövründə Azərbaycan əsgəri adını uca tutaraq, vətənə sadiqliyini nümayiş etdirəcəyinə, onun keşiyində ayıq sayıq dayanacağına söz verib.