Əlahiddə Sərhəd Diviziyasının N saylı hərbi hissəsinin təlim meydançasında rayon məktəbliləri üçün təlim atışı təşkil olunub.
Atış təlimi Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad Rayon Şöbəsinin, rayonun Təhsil Şöbəsinin və Əlahiddə Sərhəd Diviziyasının birgə təşkilatçılığı ilə keçirilib.
Atış təliminə rayon məktəblərindən 45 nəfər şagird cəlb olunub.Atışlara başlamazdan əvvəl hərbi hissənin zabitləri təlimin mahiyyəti və təhlükəsizlik qaydalarını şagirdlərə izah ediblər.
Təlim zamanı şagirdlərə müxtəlif təlim nöqtələrində atıcı silahların taktiki-texniki xüsusiyyətləri və silahla davranış qaydaları öyrədilib.
Daha sonra məktəblilər avtomat silahından praktiki atışlar yerinə yetiriblər.