Ordubad Rayon tam orta İnternat Məktəbində Xocalı faciəsinin ildönümünə həsr olunmuş anım mərasimi keçirilib

Ordubad Rayon tam orta İnternat Məktəbində Xocalı faciəsinin ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Tədbir ilk olaraq dövlət himni ilə başlayıb.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Ordubad Rayon Şöbəsinin  zabiti leytenant Saur Fərzəliyev və  məktəb direktoru Məzahir Xəlilov çıxış edərək Xocalı soyqırımının tarixi təfərrüatları, ermənilərin törətdikləri kütləvi cinayətlərin, Xocalı soyqırımının miqyası, qəddarlığı ilə bağlı tədbir iştirakçılarına, şagirdlərə məlumat veriblər. Qeyd olunub ki, şagirdlər düşməni yaxşı tanımalı,  tariximizin unudulmasına yol verməməlidir.

Daha sonra şagirdlər  Xocalı haqqında şeirlər səsləndirib, bu faciənin qurbanlarından bəhs edən səhnəciklər təqdim ediblər.