Şərur Rayonunda Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsinin, Şərur Rayon Gənclər və İdman İdarəsinin və Şərur Rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Şərur Rayon ümumtəhsil məktəbləri arasında “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi keçirilib. Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsinin zabiti Sərxan Nuriyev və Şərur rayon Gənclər və İdman İdarəsinin rəisi Sahil Hüseynov çıxış edərək qeyd ediblər ki, bu cür yarışların keçirilməsi gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük rol oynayır.
Poliatlon çoxnövçülüyü proqramı üzrə yarışlar 100 metr məsafəyə qaçış, 2000 metr məsafəyə kross qaçışı, qumbara atma və turnikdə dartınma növləri üzrə keçirilmişdir. Yekun nəticələrə əsasən keçirilən yarışın yekun nəticələrinə əsasən 1-ci yerə Oğlanqala kənd tam orta məktəbi, 2-ci yerə Püsyan kənd tam orta məktəbi, 3-cü yerə Şərur şəhər 1 nömrəli tam orta məktəbi layiq görülüblər. Sonda qaliblərə diplom, kubok və hədiyyələr təqdim olunub.