Praktiki məşğələ keçirilmişdir

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər idarəsinin rəisi polkovnik-leytenant Anar Aqilov çıxış edərək Azərbaycan Respublikasının Ordu quruculuğundan, Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı tarixi zəfərdən, Xidmətin səfərbərlik zamanı fəaliyyətindən bəhs edib.

Daha sonra Xidmətin Naxçıvan şəhər idarəsinin zabiti baş leytenant Elmar Məmmədli məşğələ iştirakçılarına - Xəbərdarlıq sahələrinin rəislərinə və onların müavinlərinə praktiki məşğələ barədə geniş məlumat verib.

Məşğələnin keçirilməsində məqsəd təlim və səfərbərlik zamanı ehtiyatda olan hərbi vəzifəlilərin vaxtında xəbərdar edilməsi, təyin olunmuş məntəqələrə gəlmələrinin təmin edilməsi, məşğələyə cəlb olunan şəxsi heyətin biliklərinin təkmilləşdirilməsi, qarşılıqlı fəaliyyətin təşkili və bu sahədə əməli vərdişlərin aşılanmasından ibarət olub.

Sonda məşğələ iştirakçılarının sualları cavablandırılıb, müvafiq tapşırıq və tövsiyələr verilib.