Şagirdlər avtomat silahindan təlim atışı yerinə yetirib

Əlahiddə Sərhəd Diviziyasının N saylı hərbi hissəsinin təlim meydançasında məktəblilər üçün təlim atışı təşkil olunub.

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Babək Rayon İdarəsinin, rayonun Təhsil Şöbəsinin və Əlahiddə Sərhəd Diviziyasının birgə təşkilatçılığı ilə keçirilən atış təliminin məqsədi şagirdlərdə vətənpərvərlik ruhunun yüksəldilməsi və onlarda ilkin hərbi vərdişlərin formalaşdırılması olub. Atış təliminə rayon məktəblərindən 80 nəfər şagird cəlb olunub. Atışlara başlamazdan əvvəl hərbi hissənin zabitləri təlimin mahiyyəti və təhlükəsizlik qaydalarını şagirdlərə izah ediblər.

Təlim zamanı müxtəlif təlim nöqtələrində atıcı silahların taktiki-texniki xüsusiyyətləri, əl qumbaralarının atışı və silahla davranış qaydaları şagirdlərə öyrədilib. Daha sonra məktəblilər avtomatdan praktiki atışlar yerinə yetiriblər.