Əlahiddə Ümumqoşun Ordunun təlim şəhərciyində həyata keçirilən atış təlimində rayon və kənd məktəblərindən 54 şagird iştirak edib. Təlimin məqsədi barədə məlumat verildikdən sonra hərbi hissənin zabitləri tərəfindən təhlükəsizlik qaydaları izah olunub.
Təlim zamanı müxtəlif atıcı silahların taktiki-texniki xüsusiyyətləri, əl qumbaralarının atışı və silahla davranış qaydaları şagirdlərə öyrədilib.
Qeyd edək ki, tədbirlər planına uyğun olaraq bu cür praktiki atış təlimlərinin təşkilii bütün rayon məktəbləri üzrə nəzərdə tutulub.