Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sədərək Rayon Şöbəsinin təşəbbüsü ilə Sədərək rayon 1 nömrəli tam orta məktəbin şagirdləri Sədərək Rayonunda yerləşən Şəhidlər xiyabanını ziyarət ediblər.
Əvvəlcə 20 Yanvar Şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sədərək Rayon Şöbəsinin zabiti leytenant Məhəmməd Hüseynov 20 Yanvar hadisələrindən söhbət açıb, şagirdlərə vətənpərvərliklə bağlı tövsiyyələr verib.
Məktəbin hərbi rəhbəri Bayram Muxtarov da 33 il öncə Azərbaycan xalqının taleyində qorxunc günlər yaşandığını, xalqımızın sovet tankları tərəfindən təcavüzə uğradığını, günahsız insanların gülləbaran edildiyini gənclərin diqqətinə çatdırıb, Azərbaycan xalqının Ümümmilli Lideri Heydər Əliyevin "Biz vətənin azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizlə fəxr edirik. Onların xatirəsi bizim qəlbimizdə həmişə yaşayacaqdır" ifadəsini xatırladaraq gələcəkdə də lazım gələrsə şagirdləri Vətənimizin keşiyində durmağa çağırıb.