Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsində 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar tədbir keçirilib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsində 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar tədbir keçirilib.

Əvvəlcə 20 Yanvar faciəsi qurbanlarının və torpaqlarımızın azaldığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi sükutla yad edilib.

Tədbir zamanı Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 yanvar hadisələri haqqında danışılıb. Həmin gün Azərbaycan xalqının azadlığı və müstəqilliyi, ümummilli mənafelərin müdafiəsi naminə canlarından keçmiş və şəhidlik zirvəsinə ucalmış Vətən övladlarının  fədakarlıqlarının unudulmuyacağı, xalqımızın yaddaşında daim qalacağı diqqətə çatdırılıb.

Sonda 20 Yanvar faciəsinə həsr olunmuş sənədli filmə baxış olub.