Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şahbuz Rayon Şöbəsində hərbi rəhbərlərə sıra baxışı keçirilib

Gələcəyin əsgərləri olacaq şagirdlərdə hərb sənətinə maraq yaratmaq və gəncləri hərbi xidmətə hazırlamaq üçün muxtar respublikanın bütün tam orta məktəblərində hərtərəfli şərait yaradılıb. Bu şəraitdən düzgün istifadə etmək üçün şagirdlərə yaxından kömək edən “Gənclərin çağırışaqədərki hazırlığı” fənnini tədris edən hərbi rəhbərlərin üzərinə də böyük məsuliyyət düşür. Muxtar Respublikamızın bütün rayon, qəsəbə və kənd tam orta məktəblərində  “Gənclərin çağırışaqədərki hazırlığı” fənninin tədris keyfiyyətinin yüksəldilməsinə, hərbi rəhbərlərin pedaqoji və hərbi biliklərinin,peşəkarlıqlarının və metodiki ustalıqlarının artırılmasına yönələn görüşlərin keçirilməsinə xüsusi diqqət göstərilir.

Bu gün Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şahbuz Rayon Şöbəsinin təşkilatçılığı ilə Şahbuz rayon, kənd tam orta məktəblərində Gənclərin Çağırışaqədərki Hazırlığı” fənnini tədris edən hərbi rəhbərlərə sıra baxışı keçirilmişdir.

Şöbənin zabiti leytenant Sahib Ruşanov Gənclərin Çağırışaqədərki Hazırlığı” fənninin əhəmiyyətindən söhbət açaraq vurğulayıb ki, şagirdlərin hərbi nəzəri bilikləri və praktiki vərdişləri mənimsəməsi  hərbi rəhbərlərin peşəkarlığından, metodiki ustalığından və təcrübəsindən asılıdır. Qeyd olunub ki, sıra baxışında məqsəd hərbi geyim formalarının daşınması qaydaları, müvafiq Nizamnamənin tələblərinə əsasən mövsümlərə uyğun olaraq tədbir və cəlb olunduqları təlim toplanışlarına düzgün əməl olunmasıdır.

Daha sonra mövzu ətrafında söhbətlər aparılmış,”Gənclərin Çağırışaqədərki Hazırlığı” fənnini tədris edən hərbi rəhbərlərin sualları cavablandırılmış, müvafiq tapşırıq və tövsiyyələr verilmişdir.