Şəhid ailələri və qazilərə medallar təqdim olunub

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad Rayon Şöbəsinin şəxsi heyətinin iştirakı ilə Ordubad Rayon İcra Hakimiyyətində Vətən müharibəsi zamanı torpaqlarımızın işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında göstərdikləri şəxsi igidlik və şücaətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24 iyun 2021-ci il tarixli  Sərəncamları ilə “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif olunmuş şəhid leytenant  Hüseynov Mətin Ramiz oğlunun, şəhid əsgər Məmmədəliyev Saday Rza oğlunun   və  “Cəbrayılın azad olunmasına görə medalı ilə təltif olunmuş ehtiyatda olan əsgər Əzizov Səlim Vaqif oğlunun medal və vəsiqələri təqdim olunub.
         Tədbirin əvvəlində torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov çıxış edərək Azərbaycan Ordusunun yaranmasında ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərindən, bu gün ümummilli liderimizin ordu quruculuğu siyasətinin möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, 44 günlük Vətən müharibəsində əldə olunan şanlı Qələbədən danışıb. Bildirilib ki, ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərimiz heç zaman unudulmayacaq, onların əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır.              
     Tədbirdə iştirak edən şəhid  və qazi yaxınları Ramiz Hüseynov, Rza Məmmədəliyev və İlkin Əzizov  göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Tədbirin sonunda medalların təqdimatı olub


       .