Şəhid Ceyhun Hüseynovun anım günü keçirilib. Əvvəlcə şəhidin təhsil aldığı Gənzə kənd tam orta məktəbində yığıncaq olub. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin ruhu 1 dəqiəlik sükutla yad edilib.
Çıxış edənlər tarix boyu Azərbaycanın mərd oğullarının, qeyrətli qızlarının vətənin dar günündə göstərdiyi fədakarlıqlardan söhbət açıb, yetişən yeni nəslin onların yolunu davam etdirəcəyindən əmin olduqlarını dilə gətiriblər.Ardınca məktəb şagirdləri şeirlər səsləndirib.
Daha sonra şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub.
Qeyd edək ki şəhid Ceyhun Hüseynov 1994-cü il 17 aprel tarixində Goranboy rayon Tapqaraqoyunlu kəndi istiqamətində düşmən hücumunun qarşısını alarkən şəhadətə ucalıb.