Şəhid Kamal Əsədullayevin anım günü münasibətilə əvvəlcə təhsil aldığı Alışar kənd tam orta məktəbində yığıncaq olub.
Əvvəlcə şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsinin, Şərur Rayon İcra Hakimiyyətinin, Veteranlar Şurasının əməkdaşlarının, şəhid ailələrinin, məktəbin pedoqoji kollektivinin də iştirak etdiyi tədbirdə çıxış edənlər 1990-cı illərdə ağır sınaqla üz-üzə qalan Sədərəyin mərd oğullarımız tərəfindən qətiyyətli müdafiəsindən söhbət açıb, bu gün igid Azərbaycan oğullarının bu şərəfli yolu davam etdirdiyini vurğulayıblar. Məktəb şagirdləri çıxış edərək şeirlər səsləndiriblər.
Daha sonra Şəhidlər Xiyabanında şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub.
1994-cü ildə Sədərək döyüşlərində qəhrəmancasına şəhadətə ucalan Şəhidimiz Kamal Əsədullayev 27 mart 1974-cü ildə Şərur rayon Alışar kəndində anadan olub. Alışar kənd orta məktəbini 8-ci sinifini fərqlənmə ilə bitirərək, Bakı Dəmiryol Texnikomuna daxil olub, 1993-cü ildə məktəbi qırmızı diplomla bitirib. 27 may 1994-cü ildə düşmən hücumunun qarşısını alarkən şəhadətə ucalıb.