Şəhid kapitan Azad Zeynalovun doğum günü münasibətilə anım mərasimi keçirilib

Şəhid kapitan Azad Zeynalovun doğum günü münasibətilə anım mərasimi keçirilib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsinin, Şərur Rayon İcra Hakimiyyətinin, Ağsaqqallar Şurasının əməkdaşlarının və şəhidin ailə üzvlərinin iştirakı ilə keçirilən mərasimdə şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub.


Azad Zeynalov 1987-ci il martın 4-də Şərur şəhərində anadan olub. 2000-2004-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. 

Azərbaycan Ordusunun kapitanı olan Azad Zeynalov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Azad Zeynalov oktyabrın 26-da Füzuli döyüşləri zamanı şəhid olub.

Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli Sərəncamına əsasən Azad Zeynalov ölümündən sonra “Vətən uğrunda”, 2020-ci il 18 dekabr tarixli Sərəncamına əsasən “İgidliyə görə”, 2020-ci il 25 dekabr tarixli Sərəncamlarına əsasən “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib