Şəhid Namiq Xəlillinin anım günü keçirilib

25 fevral tarixində Vətən müharibəsində  qəhrəmanlıq göstərərək şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, baş leytenant Xəlilli Namiq Həsən oğlunun anım günü keçirilib.

Şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub.  Anım günündə Ordubad Rayon İcra hakimiyyətinin, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad Rayon Şöbəsinin, Təhsil Şöbəsinin nümayəndələri, şəhidin ailə üzvləri, təhsil aldığı Azadkənd  tam orta məktəbin pedaqoji heyəti, şagirdlər və  qazilərimiz iştirak ediblər.

Bildirilib ki, vətən, xalq sevgisi ilə cəsarətlənib düşmənin qənimi olan igid vətən övladları həmişə minnətdarlıq duyğuları ilə yada salınacaq,onların  xatirələrinə daim dərin ehtiram hissi bəslənəcək.