Şəhid Nəcəfov Vüqar Aydın oğlunun ordeni ailəsinə təqdim olunub

Ordubad Rayon İcra Hakimiyətinin başçısı Elşad Məmmədov və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad Rayon Şöbəsinin rəisi polkovnik leytenant Vüqar Rəhimli şəhidimizin evində olublar.

Şəhid atası ilə görüşdə bildirilib ki, Azərbaycan xalqı qəhrəman oğullar yetişdirən valideyinlərə hər zaman minnətdar olacaq. Vurğulanıb ki şəhid Nəcəfov Vüqarın timsalında ərazi bütövlüyümüzü təmin edən bütün şəhidlərimiz bizim üçün əzizdir və onların xatirəsi qəlbimizdə yaşayacaq.

Daha sonra Şəhid Nəcəfov Vüqarın 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni atası Aydın Nəcəfova təqdim olunub. Şəhid atası oğlunun xidmətlərinin dəyərləndirildiyinə, igid oğulların xatirəsinə göstərilən ehtirama görə minnətdar olduğunu bildirib.