Martın 17-də Sədərək Rayon Uşaq – Gənclər Şahmat məktəbində Vətən müharibəsi şəhidləri Gözəlov Rüfət Əzim oğlunun və Nadirli Ərtoğrul Hümbət oğlunun əziz xatirəsinə həsr olunmuş şahmat üzrə birincilik keçirilib.
Yarışdan əvvəl şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Birincilik uğrunda 20 şagird mübarizə aparıb.
Yekun nəticələrə əsasən oğlanlar arasında Anar İbrahimzadə I yerin, Rauf Kazımzadə II yerin, Ramil İsmayılov III yerin sahibi olub.
Qızların mübarizəsində isə Güllü Əbilova I yerin, Sevinc Həsənova II yerin və Mehparə Cabbarlı III yerin qalibi olub.
Sonda qaliblər təşkilatçıların diplom və medalları ilə mükafatlandırılıblar.
Tədbirdə iştirak edən şəhidlərin yaxınları yarışın təşkilatçılığına görə təşəkkürlərini bildiriblər.