Əlahiddə Ümümqşun Ordunun təlim şəhərciyində Şərur rayon məktəbliləri üçün praktiki atış təlimi təşkil olunub.
Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsinin, Şərur Rayon Təhsil Şöbəsinin və Əlahiddə Ümumqoşun Ordununun birgə taəşkilatçılığı ilə keçirilən təlimdə çıxış edənlər davamlı olaraq keçirilən atış təlimlərinin onların hərbi vərdişlərə yiyələnməsindəki rolunu diqqətə çatdırıblar.
25 nəfər məktəblinin iştirak etdiyi təlim-məşğələ zamanı şagirdlərə müxtəlif təlim nöqtələrində atıcı silahların taktiki-texniki xüsusiyyətləri, silahla davranış qaydaları və yaralanmalar zamanı ilkin tibbi yardımın göstərilməsi qaydaları öyrədilib. Təhlükəsizlik qaydalarını şagirdlərə izah olunduqdan sonra məktəblilər avtomatdan praktiki atışları yerinə yetiriblər.