Şərur rayonunda şəhidimizin anım günü keçirilib

Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, Vətən müharibəsi şəhidi Elton Qənbərlinin anım günü keçirilib.


Şərur Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsinin kollektivi,qazilər və şəhid ailələri Şəhidlə xiyabanında şəhidin məzarını ziyarət edib, ruhuna dualar oxuyublar.
Çıxış edənlər Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə Vətən müharibəsində Azərbaycan Ordusunun rəşadətindən, torpaqlarımızın bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəman vətən oğullarının şərəfli ömür və döyüş yolundan danışıblar.Bildirilib ki, döyüş meydanında əsgər və zabitlərimizin göstərdiyi şücaət xalqımızın zəfər tarixinə qızıl hərflərlə yazılıb. Şəhidlərin döyüş yolunun və vətənpərvərliyinin gələcək nəsillər üçün nümunə olduğu vurğulanıb.
Şəhidlərin ailə üzvləri və yaxınları göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərin xatirəsinin daim uca tutulduğuna görə dövlətimizə və xalqımıza minnətdarlıqlarını bildiriblər.