Tərxis olunan gənclərlə növbəti görüş keçirilib

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad Rayon Şöbəsinin və Ordubad Rayon Məşğulluq Mərkəzinin birgə təşkilatçılığı ilə hərbi xidmətdən tərxis olunmuş gənclərin məşğulluqlarının təmin olunması ilə bağlı görüş keçirilib. Çıxış edənlər, keçirilən bu görüşlərin tərxis olunan gənclərin tez bir zamanda öz peşə və ixtisaslarına, bacarığına uyğun işlə təmin olunmasında əhəmiyyətini diqqətə çatdırıblar.

Gənclərin maraqla qarşıladığı görüşdə onların vakant iş yerlərinə göndərilməsi, müvafiq peşə və ixtisaslara yiyələnməsi üçün peşə hazırlığı kurslarına cəlb olunması və özünüməşğulluqlarının həyata keçirilməsi ilə bağlı müzakirələr aparılıb, gənclər onları maraqlandıran suallara cavab alıblar.

Qeyd edək ki, 29 nəfər özünümə.ğulluq proqramına, 1 nəfər isə peşə hazırlığı kursuna cəlb olunması üçün qeydiyyat aparılıb.

Sonda ordudan tərxis olunan gənclərə hərbi biletləri təqdim olunub.