Türkiyə Respublikasının İzmir şəhərində səfərbərlik kursunda olan zabitlərin iştirakı ilə 31 Mart Azərbaycanlıların soyqırım günündə soyqırım qurbanlarının xatirəsi anılıb
Əvvəlcə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İzmir hərb məktəbində keçirilən anım mərasimində Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin baş zabiti Nurlan Məhərrəmov çıxış edib. Azərbaycanın şanlı tarixi, tarixin müxtəlif dövrlərində ermənilərin Azərbaycanlılara qarşı törətdikləri soyqırımlar barədə geniş məlumat verib. Azərbaycan dövlətinin və Türkiyə cumhuriyətinin tarixdən gələn qardaşlığından bəhs edib. Daha sonra məktəb rəisi polkovnik Birol Danışman geniş məlumata görə Nurlan Məhərrəmova öz təşəkkürünü bildirib və Azərbaycan xalqının vətənpərvər və iradəli xalq olaraq onların yaddaşlarında yer aldığını diqqətə çatdırıb.