“Heydər Əliyev İli ” çərçivəsində “Ümummilli lider Heydər Əliyev dahi şəxsiyyətdir” mövzusunda Kəngərli rayon ümumtəhsil məktəblərinin 10-11-ci sinif şagirdləri arasında inşa yazı müsabiqəsi keçirilmişdir.
Müsabiqənin məqsədi həyatını xalqına həsr edən dahi şəxsiyyətin Azərbaycan tarixində dərin iz buraxan siyasi və dövlət xadimi kimi zəngin fəaliyyətini gənc nəslə aşılamaqdan ibarət olmuşdur.
30 şagirdin iştirak etdiyi müsabiqədə Yurdçu kənd tam orta məktəbinin şagirdləri Abbasova Günay 1-ci, Abbasova Əzizə 2-ci, Abdullayeva Aysu 3-cü, Qıvraq qəsəbə tam orta məktəbinin şagirdi Musayeva Şəmsiyyə həvəsləndirici yerin qalibi olmuşlar.
Sonda qalib yer tutan şagirdlərə təkilatçıların diplom və hədiyyələri təqdim olunub.