Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli sərəncamları ilə torpaqlarımızın işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda igidlik göstərmiş və döyüş tapşırıqlarını uğurla yerinə yetirən Vətən müharibəsi iştirakçılarına və qazilərə "Vətən müharibəsi iştirakçısı" medalının təqdimetmə mərasimi keçirilib. Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsində keçirilən tədbirdə əvvəlcə torpaqlarımızın azaldığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsinin rəisi polkovnik-leytenant Həsən Məmmədov və Şərur Rayon İcra Hakimiyyətinin Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Xəyal Bağırov və Müharibə Əmək, Silahlı Qüvvələr və Hüquq Mühafizə Orqanları Şurasının sədri Vidadi Süleymanov çıxışlar edərək Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazanılan qələbəmizdən söhbət açaraq torpaqlarımızın işğaldan azad edilməsinin dövlətçilik tariximizdə xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıblar. Bildirilib ki, 44 günlük haqq savaşında xalqımıza qürur dolu anlar bəxş edən oğullarımızın hünəri, gücü, vətən sevgisi hər zaman dillərdə dolanacaq, bundan sonra da gələcək nəsillər üçün əsl vətənpərvərlik nümunəsi olacaq.
Daha sonra Vətən müharibəsində qəhrəmanlıq göstərmiş hərbi qulluqçular Qəhrəmanov Elsevər Adəm oğluna, Quliyev Zahid Vahid oğluna, Qurbanov Murad Oktay oğluna, Novruzov Rahim Ruhən oğluna, Orucov Elman Rasim oğluna, Rəhimov Taleh Valeh oğluna, Rzayev Bayram Xoşbəxt oğluna, Salmanov Oruc İsfəndiyar oğluna, Zeynallı Sarvan Bayram oğluna, Göz\lov Elmin David oğluna, Qarayev Qəhrəman Maşallah oğluna, Quliyev Namin Qurbanəli oğluna və Tağıyev Elnur Qənimət oğluna “Vətən müharibəsi iştirakçısı” medalı təqdim olunub.
Vətən müharibəsi iştirakçıları onlara göstərilən dövlət qayğısına görə minnətdarlıqlarını bildiriblər.